Çatdırılma

Seçimlər mövcuddur

Münasib Qiymət

Bütün məhsullar

Yüksək Keyiyyət

Orijinal məhsullar

Asan Sifariş

Onlayn sifariş mövcuddur

20 İllik təcrübə. Güvənilən keyfiyyət. Davamlı inkişaf

ASOR Group olaraq avtomobil sənayesində mühərrik yağları, antifrizlərtexniki mayelər (əyləc mayeləri) ehtiyyat hissələri sahəsində müştərilərimizə yüksək keyfiyyətli həllər təqdim edirik. Bizim üçün əsas məqsəd yalnız məhsul satmaq deyil — sürücülərin və tərəfdaşlarımızın etibar etdiyi bir brend olmaqdır.

Mühərrik Yağları

YENİ

MILPET ATF3 RED 1LTR

 14,00

YENİ

MILPET 5W40 SN/CF 4LTR

 50,00

YENİ

MILPET 5W30 SN/CF 5LTR

 60,67

YENİ

MILPET 5W30 SN/CF 4LTR

 50,00

YENİ

MILPET 5W30 SN/CF 1LTR

 13,33

YENİ

MILPET 5W30 CI-4 DPF 7LTR

 82,50

YENİ

MILPET 15W40 CI-4 TURBO DIESEL 7LTR

 68,33

YENİ

MILPET 10W40 SL/CF 5LTR

 50,00

YENİ

MILPET 10W40 SL/CF 4LTR

 40,00

YENİ

MILPET 10W40 CI-4 TURBO DIESEL 7LTR

 75,00

YENİ

MULLER GERMANY HLP 46 20LTR

 186,00

YENİ

MULLER GERMANY HLP 46 205LTR

 1.860,00

Tez-Tez Verilən Suallar

Muhərrik yağları və antifrizlər haqqında ətraflı məlumat alın

Mühərrik yağı (Maşın yağı) mühərrik hissələrini yağlayır, sürtünməni azaldır, qızmanın qarşısını alır və mühərrikin ömrünü uzadır. Düzgün mühərrik yağı seçimi avtomobilin performansına birbaşa təsir edir.

Mühərrik yağlarını incələyin

Uyğun olmayan mühərrik yağı mühərrikdə əlavə aşınma yaradır, yanacaq sərfini artırır və uzunmüddətli texniki problemlərə səbəb ola bilər.

Mühərrik yağlarını incələyin

Sintetik yağ: Laboratoriyada hazırlanır, yüksək performans və uzunömürlülük təmin edir.

Yarı sintetik yağ: Sintetik və mineral yağın qarışığıdır, həm qiymət, həm də performans baxımından balanslı seçimdir.

Mineral yağ: Təbii neftdən alınır, daha ucuzdur, lakin daha tez köhnəlir.

Mühərrik yağlarını incələyin

Society of Automotive Engineers tərəfindən müəyyən edilən standartdır və yağın qatılığını (viskozluğunu) göstərir. Məsələn, 5W-30 kimi göstəricilər yağın temperatur dəyişikliklərinə necə reaksiya verdiyini bildirir. 5W-30 yağ həm qışda (soyuq startda), həm də yüksək temperaturda stabil işləyir.

W” = Winter (qış) deməkdir.
Bu göstərici yağın soyuq havada axıcılığını göstərir.

 

Məsələn:

  • 0W → çox soyuqda belə rahat axır (ən incə)
  • 5W / 10W → daha qalın, amma yenə qış üçün uyğundur

Rəqəm nə qədər kiçikdirsə, yağ soyuqda daha axıcıdır (daha incədir)

İkinci rəqəm nəyi göstərir? (məsələn: 30, 40, 50)

Bu rəqəm yağın isti mühərrikdəki qalınlığını (viskozluğunu) göstərir.

  • 30 → daha incə yağ (yanacağa qənaət, amma yüksək yüklərdə zəif ola bilər)
  • 40 / 50 → daha qalın yağ (yüksək temperaturda daha yaxşı qoruma)

Rəqəm nə qədər böyükdürsə, yağ isti halda daha qalındır.

Hansı daha yaxşıdır: rəqəm böyük olsun, yoxsa kiçik?

Bu, “böyük yaxşıdır” və ya “kiçik yaxşıdır” kimi sadə deyil ❗
Ən doğru seçim — istehsalçının tövsiyə etdiyi yağdır.

 

Amma ümumi qayda:

  • Soyuq iqlim: aşağı “W” (0W, 5W) daha yaxşı
  • İsti iqlim / ağır istifadə: yüksək ikinci rəqəm (40, 50) daha yaxşı
  • Yeni mühərriklər: adətən daha incə yağ (5W-30)
  • Köhnə mühərriklər: bir az qalın yağ (10W-40)

Mühərrik yağı (Maşın yağı) adətən 5.000–10.000 km aralığında dəyişdirilir. Sintetik yağlar daha uzun müddət istifadə oluna bilər, amma istehsalçının tövsiyəsinə əməl etmək vacibdir.

Yağ səviyyəsi az olduqda mühərrik kifayət qədər yağlanmır, bu isə qızmaya və ciddi nasazlıqlara səbəb ola bilər.

Mühərrik yağlarını incələyin

Bəli, bu normaldır. Yağ mühərrikdəki çirkləri topladığı üçün rəngi tündləşir. Bu, yağın öz funksiyasını yerinə yetirdiyini göstərir.

Mühərrik yağlarını incələyin

Antifriz mühərrikin soyutma sistemində istifadə olunan mayedir. O, mühərriki həm qızmadan qoruyur, həm də soyuq havada donmasının qarşısını alır. 

Keyfiyyətli antifriz mühərrikin stabil işləməsini təmin edir.

Antifriz məhsullarımızı incələyin

Antifriz olmadıqda mühərrik tez qızar, radiator sistemi zədələnə bilər və qışda su donaraq ciddi problemlər yarada bilər.

Uyğun olmayan antifriz radiator sistemində korroziya yarada bilər, mühərrikin soyumasını zəiflədir və uzunmüddətli zərərə səbəb olur.

Antifriz məhsullarımızı incələyin

Antifriz adətən 2-5 il arasında dəyişdirilir. Bu müddət antifrizin növünə və avtomobil istehsalçısının tövsiyəsinə görə dəyişir.

Buna görə antifriz seçərkən istehsalçının texniki göstəricilərinə və uyğunluq standartlarına diqqət etmək lazımdır.

Antifriz məhsullarımızı incələyin

Bəli, əksər antifrizlər su ilə qarışdırılaraq istifadə olunur (adətən 50/50 nisbətində). Bu qarışıq həm donmaya, həm də qaynamaya qarşı optimal qoruma verir.

ASOR ilə keyfiyyəti hiss et

Məhsullarımızla tanış olun

Bizimlə əməkdaşlığa başlayın

Azərbaycanda keyfiyyətli avtomobil mühərrik yağları

ASOR Group – avtomobilinizin uzun ömürlü və etibarlı işləməsi üçün lazım olan hər şeyi bir yerdə təqdim edən peşəkar təchizat şirkətidir. Mühərrik yağları, antifrizlər, əyləc mayesiehtiyat hissələri sahəsində geniş çeşidimiz ilə biz həm fərdi avtomobil sahiblərinə, həm də servis mərkəzlərinə xidmət göstəririk. Dünyaca tanınmış brendlərin orijinal məhsullarını Azərbaycan bazarına çatdıraraq sürücülərin avtomobillərinə ən yüksək qulluğu təmin edirik.

Mühərrik yağından antifrizə – Tam çeşid

Müasir avtomobillər yüksək keyfiyyətli yağlama materialları tələb edir. ASOR Group-un təklifindəki mühərrik yağları müxtəlif viskozitet sinifləri — 5W-30, 5W-40, 10W-40 — üzrə mövcuddur və benzinli, dizel həmçinin hibrid mühərriklərinə uyğundur. Antifrizlərimiz -40°C-yə qədər soyuğa davamlı olub, soyutma sistemini korroziyadan, köpüklənmədən və həddindən artıq qızmadan qoruyur. Əyləc mayesi çeşidimiz isə DOT 4DOT 5.1 standartlarını qarşılayır, əyləc sisteminin etibarlılığını maksimum səviyyədə saxlayır.

Laborator yoxlamalı, sertifikatlı məhsullar

ASOR Group-da satılan hər məhsul beynəlxalq keyfiyyət standartlarına cavab verir. Laborator rəylərlə təsdiqlənmiş formullalar avtomobilinizin mühərrikini aşınmadan, oksidləşmədən və yüksək temperatur stresindən qoruyur. Biz yalnız orijinal, sertifikatlı avtomobil kimyası məhsulları satırıq — saxtalaşdırılmış məhsulların verə biləcəyi zərərə qarşı tam zəmanət veririk.